"Altay" tanklarının geniş istehsalına 2016-cı ildən başlanacaq "Altay" tanklarının geniş istehsalına 2016-cı ildən başlanacaq

Türkiyə ilk yerli tankını istehsal edib

"Altay" tanklarının geniş istehsalına 2016-cı ildən başlanacaq



Aznews.az-ın Habertürk.com.tr saytına istinadən verdiyi məlumata görə, Türkiyə Müdafiə Sənayesi Nazirliyi "Altay" Milli Tank layihəsi çərçivəsində ilk tankını istehsal edib.

Məlumatda qeyd edilir ki, Türkiyə Respublikasının taxixində ən böyük hərbi layihələrdən biri olan "Altay" 14 noyabrda baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə vətəndaşlarına tanıdılacaq.

"Altay"ın ümumi istehsalına 2016-cı ildə başlanacaq.

Türkiyə Silahlı Qüvvələrinin əsas tank ehtiyacını daxili istehsalla qarşılamaq məqsədilə başlanan layhənin ilk hissəsində artıq işlər başa catdırılıb.

Adını Qurtuluş Müharibəsində 5-ci Suvari Hərbi Birliyinin komandanı Fahrəttin Altaylıdan alan "Altay" tankının ilk prototipi Müdafiə Sənayesi Nazirliyinin Sakariyada yerləşən hərbi zavodunda istehsal edilib.

İnci

AzNews.az