- Köhnə - Dünya
- 3 İyun 2017 22:15
- 3 728
Yaponiyada yüngül motorlu təyyarə qəzaya uğrayıb
Yaponiyanın Toyama prefekturasında “Cessna 172 Р” yüngül motorlu təyyarə qəzaya uğrayıb.
AzNews.az Kyodo agentliyinə istinadən xəbər verir ki, polisin məlumatında bildirilir ki, qəza dağlıq ərazidə baş verib. Toyama aeroportundan səmaya qalxan təyyarə bir saat sonra Matsumoto aeroportunda yerə enməli idi. Onun göyərtəsində 4 nəfər olub. Sərnişinlərin hamısı ciddi xəsarət alıb. Onlardan ikisi huşsuz vəziyyətdədir.