“İŞİD” terror qruplaşması İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. “İŞİD” terror qruplaşması İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

İrandakı terror aktlarına görə məsuliyyəti “İŞİD” öz üzərinə götürdü

“İŞİD” terror qruplaşması İranda parlament binası və Ayətullah Xomeyninin türbəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, hücumlar nəticəsində 2 nəfərin öldüyü, 8 nəfərin yaralandığı bildirilir.

Parlamentə edilən hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

İkinci hücum isə Ayətullah Xomeyninin türbəsi qarşısında baş verib. Türbəyə 3 nəfərin hücum etdiyi qeyd olunur. Burada 1 kamikadze özünü partladıb. Nəticədə 1 nəfər ölüb, 6 nəfər yaralanıb. Digər 2 şəxs isə həbs edilib.

Parlamentə hücum edən şəxslər də 3 nəfər olub.

Onlardan biri həbs edilib.

Digər şəxsin isə üzərində partlayıcı var. Hazırda polislər onu mühasirəyə alıblar. Əməliyyatlar davam edir.

AzNews.az