Dünən London metrosunda baş verən terror hadisəsi ilə əlaqədar olaraq 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. Dünən London metrosunda baş verən terror hadisəsi ilə əlaqədar olaraq 1 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Londondakı terrora görə 1 nəfər saxlanılıb

Dünən London metrosunda baş verən terror hadisəsi ilə əlaqədar olaraq 1 nəfər şübhəli şəxs qismində saxlanılıb.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, ingilis polisinin məsələ ilə bağlı açıqlamasına görə, bu səhər 18 yaşlı oğlan ölkənin cənub-şərqindəki Dover limanının ətrafında terrorla əlaqəli olduğuna görə saxlanılıb.

Doverdəki bir polis idarəsində saxlanılan şübhəlinin Londona gətirilməsi gözlənilir. Şübhəlinin həbsi hakimiyyət orqanları tərəfindən "mühüm" sayılır.

Polis təhlükəsizlik kameralarından və şahid ifadələrindən araşdırma apararaq vaxtla tənzimlənən bombanı qoyanın şəxsiyyətini təyin etməyə çalışır.