Kiyevdə Ali Radanın binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib. Kiyevdə Ali Radanın binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib.

Kiyevdə Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib - Foto

Kiyevdə Ali Radanın binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, etiraz aksiyasında 400-dək insan iştirak edir.

Mitinq dualar və Ukraynanın dövlət himninin səslənməsi ilə başlayıb. Aksiyaya toplaşanlar anti-terror əməliyyatında, həmçinin Maydan hərəkatında ölən "Səma yüzlüyü" üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla anıb.

Etirazçılar qarşısında ictimai fəallar, siyasətçilər, deputatlar çıxış edir. Mixeil Saakaşvili, David Sakvarelidze, İvan Slobodyanık, deputatlar - Sergey Leşeko, Yuriy Derevyanko, Qluxova şəhərinin meri Mişel Tereşenko və digərləri aksiyada çıxış edir.

S.Leşenkonun sözlərinə görə, ölkə korrupsiyaya qərq olub. Aksiya iştirakçıları problemli məsələləri və islahatların qeyri-populyar olmasını müzakirə edirlər.

Mitinqdə həmçinin səhnələşdirilmiş "Poroşenko"nun – prezidentin rolunu oynayan aktyor da var. O, ukraynalının belində oturaraq əlində qızıl çörək tutub.

image description image description image description image description