Bu gün qardaş ölkə Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı qeyd olunur. Bu gün qardaş ölkə Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı qeyd olunur.

Türkiyədə Cümhuriyyət bayramı qeyd olunur

Bu gün qardaş ölkə Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı qeyd olunur.

AzNews.az xəbər verir ki, Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk Qurtuluş savaşında Qərb ölkələri üzərində qələbədən sonra 1923-cü il oktyabrın 29-da Türkiyədə respublika qurulduğunu elan edib.

Bu bayram münasibətilə ölkənin hər yerində küçə və meydanlar bayramsayağı bəzədilib, bütün şəhərlərdə mərasim və şənliklər təşkil olunub.

Oktyabrın 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, qardaş ölkənin dövlət və hökumət rəsmiləri, siyasi partiyaların rəhbərləri, vətəndaşlar Mustafa Kamal Atatürkün mavzoleyini - “Anıtqəbir”i ziyarət ediblər.

“Anıtqəbir”in önünə əklil qoyulduqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan “Xatirə kitabı”na ürək sözlərini yazıb.