Azərbaycan sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmalıdırlar. Azərbaycan sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmalıdırlar.

Dövlət Xidməti sahibkarlara müraciət etdi

Azərbaycan sahibkarları yoluxucu xəstəliklərin profilaktikasına məsuliyyətlə yanaşmalıdırlar.

Bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının direktoru Füzuli Quliyev deyib.

Onun sözlərinə görə, bəzi sahibkarlar profilaktik tədbirlərin aparılmasına bəzən qeyri-ciddi yanaşırlar və müvafiq vəsait ayırmaqdan imtina edirlər.

F.Quliyev qeyd edib ki, Azərbaycanda yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirləri şərti olaraq iki qrupa ayırmaq olar - dövlət vəsaiti hesabına aparılan və sahibkarların şəxsi vəsaiti hesabına həyata keçirilən tədbirlər.

AzNews.az