- Köhnə - Dünya
- 6 Yanvar 2018 11:36
- 3 999
Sudan və Misir arasında gərginlik: Sərhədə hərbçilər yerləşdirildi
Sudan və Misir arasında gərginlik artır, iki ölkə sərhədə hərbçiləri yığmaya başlayıb.
AzNews.az Rusiyanın "Sputnik" xəbər agentliyinə istinadən bildirir ki, Sudan Misirdəki səfirini məsləhətləşmələr üçün ölkəsinə geri çağırdıqdan sonra Sudan hökümətinin Eritreya sərhədinə əsgərlər yığmağa başladığı qeyd edilir.
Sudan ordusuna aid çoxlu sayda hərbçi və texnikanın Eritreya sərhədinə yerləşdirilməsinə qarşılıq olaraq Misirin də Efiopiya üzərindən qonşu Eritreyadakı hərbi bazaya xeyli sayda hərbi texnika göndərdiyi bildirilir.