Moskvada bomba həyəcanı

Rusiyanın paytaxtı Moskvada Kanasnki, Leninqradiski və Yaraoslavski qatar stansiyalarına bomba qoyulması ilə bağlı məlumat çaxnaşmaya səbəb olub.

AzNews.az xəbər verir ki, qatar stansiyalarına bomba qoyulması ilə bağlı anonim telefon zəngindən sonra hadisə yerinə bombanı zərəsizləşdirən mütəxəssislər və təlimatlı itlər cəlb olunub. Araşdırmalardan sonra məlumatın yanlış olduğu aşkarlanıb. Təhlükəsizlik artırılıb.