- Köhnə - Dünya
- 7 Yanvar 2018 15:05
- 4 093
Adanın bütün sakinlərini təxliyə etdilər - vulkana görə (Video)
Papua-Yeni Qvineyanın hakimiyyət orqanları vulkan püskürməsi səbəbindən Kadovar adasının sakinlərini təxliyə ediblər.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, eyniadlı vulkanın püskürməsi nəticəsində adada yaşayan 600 nəfər köçürülüb.
Vulkan yanvarın 5-də fəallaşmağa başlayaraq əvvəlcə kül püskürüb. Bazar günü günortaya yaxın vulkanın fəallığı artıb. Vulkanın sonuncu dəfə 40 il bundan əvvəl püskürdüyü bildirilir.
Hakimiyyət orqanları yerli əhalini ətraf adalara təxliyə edib. Rabaul şəhərində yerləşən Vulkanoloji Mərkəz qayıqlara və gəmilərə adaya yaxın getməməyi tövsiyə edib. Bəzi məlumatlara görə, hazırda adanın 50 faizi lava ilə örtülüb.