- Köhnə - Dünya
- 8 Yanvar 2018 09:19
- 6 237
Suriya qan gölünə döndü - Çoxlu sayda ölən var
Suriyanın İdlib şəhərində baş verən iki güclü partlayış nəticəsində 30-a yaxın insan həlak olub.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, İdlib şəhərində yerləşən avtomobil parkında partlayış baş verib.
Patlayış nəticəsində azı 30 nəfərin öldüyü, daha 70 nəfərin yaralandığı deyilir.
Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.