İranın neft tankeri Çin gəmisi ilə toqquşaraq yandı - 32 nəfər itkin düşdü

İranın neft tankerinin Çin gəmisi ilə toqquşaraq yanması nəticəsində 30-dan çox insan itkin düşüb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, 30 iranlı və 2 banqladeşlinin olduğu tanker alovlandıqdan sonra hələ də hərəkətdə olub. Çinin polis gəmiləri və 3 neft axıntısı təmizləyicisi hadisə yerinə göndərilib.

Axtarış əməliyyatları üçün Cənubi Koreyanın sahil keşikçilərinin də gəmi və təyyarələri səfərbər edilib.

Panama qeydiyyatlı gəminin İrandan Cənubi Koreyaya istiqamət aldığı bildirilir. Qəzaya səbəb isə gəminin Honq Konq qeydiyyatlı CF Crystal gəmisi ilə Çin sahillərindən 160 kilometrlik məsafədə toqquşması göstərilir.

CF Crystal gəmisinin çinli 21 üzvü xilas edilib. Toqquşmanın səbəbi hələlik bəlli deyil.