- Köhnə - Dünya
- 8 Yanvar 2018 10:16
- 3 824
Səudiyyə təyyarəsi Yəməndə yerə çırpıldı
Səudiyyə Ərəbistanı rəhbərlik etdiyi koalisiya güclərinə məxsus təyyarə Yəmənin Sadah şəhərində qəzaya uğrayıb.
AzNews.az xəbər verir ki, koalisiya rəhbərliyi qəzanın texniki problem səbəbindən baş verdiyini bildirib. Koalisiya, təyyarənin Yəməndəki xidmətini bitirərək dönüş yolunda qəza etdiyini açıqlayıb.
Açıqlamada bildirilir ki, Ərəb koalisiyası və Yəmən ordusuna bağlı quru və hava qüvvələri təyyarənin düşdüyü bölgədə pilotları xilas etmək üçün əməliyyat keçirir.
Husi hərbçiləri isə təyyarənin onlar tərəfindən vurulduğunu iddia edirlər.