- Köhnə - Dünya
- 8 Yanvar 2018 11:26
- 8 099
20 yaşlı qız tetrisə ərə gedir - “Standart düşünməyə imkan vermir”
ABŞ-da Florida ştatından olan 20 yaşlı Nurul Maxcabin Hassan kalkulyatorla münasibətlərinin korlanmasından sonra tetrisə ərə getməyə hazırlaşır.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı qız bir ildir ki, tetris oynayır.
Hassan günün 19 saatını bu oyuna həsr edib.
"Düşünürəm ki, tetris gözəldir, idealdır və standart düşünməyə imkan vermir. Fiziki baxımdan bütün insanlar bunu düşünür. Düşünürəm ki, tetris mənə yaraşır", - qız belə deyib.
Nəşrin məlumatına görə, qız tetris oyununa sadiqdir və oyunla bağlı müxtəlif ideyalar düşünür.
Hassan təhsilini başa vurduqdan sonra tetrisə ərə getməyi planlaşdırır. Bundan əvvəl o, Pyer adlı kalkulyatorla münasibət qurub.