Macarıstanın Baş naziri müsəlmanları təhqir etdi

"Miqrantlar qaçqın deyil, onlar müsəlman işğalçılardır".

AzNews.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə, bunu Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

O, Avropaya gələn miqrantları "müsəlman işğalçıları" adlandırıb. Nazir deyib ki, ölkəsi qaçqınları qəbul etmək niyyətində deyil.

Orban bütün Avropa ölkələrinin liderlərinə müraciət edərək onu dəstəkləməyə çağırıb.