- Köhnə - Dünya
- 8 Yanvar 2018 13:21
- 3 464
Angela Merkelin səlahiyyətləri azaldılır
Almaniya bundestaqının vitse-prezidenti Tomas Opperman kanslerin səlahiyyətlərini məhdudlaşdırmağı təklif edib.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Tomas Oppermanın fikrincə, kansler vəzifəsinin müddəti iki il olmalıdır.
Opperman bunu kanslerin işlərinin ağır olması ilə izah edir.
Siyasətçi qeyd edir ki, kanslerin 5 il vəzifədə olması bütün istiqamətlərdə inkişafa nail olmağa əngəl törədir.
Qeyd edək ki, Angela Merkel 12 ildir ki, Almaniyanın kansleridir.