MHP seçkilərdə Ərdoğanı dəstəkləyəcək

Türkiyənin Milliyyətçi Hərəkat Partiyası prezident seçkilərində öz namizədini təqdim etməyəcək.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankarada keçirdiyi mətbuat konfransında MHP sədri Dövlət Bahçeli məlumat verib.

Bahçeli bildirib ki, partiyası Rəcəb Tayyib Ərdoğanın namizədliyini dəstəkləyəcək.

"Biz referendum zamanı da vahid mövqedən çıxış etdik. Və uğurlu nəticələr oldu. İndi də belə düşünürük ki, belə etsək, daha məqsədəuyğun olar", - Bahçeli bildirib.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri 2019-cu ilin noyabrın 3-də keçiriləcək.