İsraildə terror aktı törətmək istəyən iki qadın tutuldu

İsrail təhlükəsizlik xidmət - Şabak - İŞİD-lə əməkdaşlıq və terror aktı törətmək istəyən iki qadını həbs edib.

AzNews.az Jerusalem Post-a istinadən xəbər verir ki, tutulan qadınların hər birinin 19 yaşı var. Onlar İsrail vətəndaşıdırla.

Xüsusi xidmət orqanları onların yəhudilərə qarşı terror hücumu törətməyə cəhddə ittiham edir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, onlar həm də ölkədən çıxaraq İŞİD-ə qoşulmaq istəyib.