- Köhnə - Dünya
- 8 Yanvar 2018 16:47
- 2 832
Suriya ordusu paytaxtda hərbi bazaya nəzarəti bərpa etdi
Suriya ordusu Dəməşq ətrafında yerləşən Xarast rayonundakı hərbi bazadan silahlı qruplaşmaları sıxışdıraraq çıxara bilib.
AzNews.az Sana agentliyinə istinadən xəbər verir ki, "Cəbhə ən-Nüsrə" qruplaşması ilə toqquşmadan sonra nəqliyyat idarəsi ləğv edilib və terrorçuların böyük bir hissəsi zərərsizləşdirilib.
Silahlı qruplaşmalara aid olan xəbər saytları da bunu etiraf edib. Məlumatda deyilir ki, silahlılar böyük insan itkisi ilə geri çəkilib.