- Köhnə - Dünya
- 8 Yanvar 2018 17:02
- 5 964
Ayrılandan sonra yeni münasibət qurmağa mane olan 3 əlamət
Mütəxəssislər ayrılan cütlüklərin yeni münasibət qurmağa çətinlik törədən 3 əsas əlaməti tapıblar.
AzNews.az Life.ru-ya istinadən bu 3 əlaməti təqdim edir.
Sosial şəbəkələrdə keçmiş sevgilinin səhifəsini yoxlamaq
Facebook-da keçmiş sevgilinin səhifəsini hər gün açır, onu dostlarının paylaşdıqları şəkillərdə axtarır, öz paylaşımlarının nə qədər bəyənildiyini, qəbul etdiyi yeni dostların səhifələrini izləyirsən. Əgər onu unutmaq istəyirsənsə, ilk növbədə bunu tərgitməlisən. Zaman keçəcək və sənin bu hərəkətin özünə gülünc görünəcək.

Birgə gəzdiyiniz yerləri tək dolaşmaq
Nə vaxtsa gəzdiyiniz park, kafe və restoranlara gedirsən və xoşbəxt anlarınızı xatırlayırsan. Əlbəttə ki, bu, onu unutmağa imkan verməyəcək.

Zəngini gözləmək
Çoxdan ayrılmağınıza baxmayaraq, keçmiş sevgilinin adını telefon kitabçasında saxlamısan. Hər gələn zəngdə ürəyin çırpınır ki, bu zəng ondan daxil olub. Səhv düşən nömrələri səni yoxlamaq məqsədilə dostunun telefonundan etdiyi qənaətə gəlirsən. Gizli zənglər üstəlik bir işgəncədir. Əgər onu unutmaq istəyirsənsə, adını kitabçadan silməli və öz nömrəni də dəyişə bilərsən.