- Köhnə - Dünya
- 8 Yanvar 2018 22:12
- 3 701
Liviya sahillərində qayıq batdı, 8 miqrant həyatını itirib
Liviya sahillərində qayığın qəzaya uğraması nəticəsində ən azı 8 miqrant ölüb.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, 50 nəfərsə itkin düşüb, onların arasında uşaq da var.
Sağ qalanların sözlərinə görə, hava ilə doldurulan qayıqda 140-150 nəfər olub.
Beynəlxalq Miqrasiya təşkilatının hesablamalarına görə, 2017-cı ildə Avropaya 171 min miqrant daxil olub. Onların əksəriyyəti Afrika qitəsinin təmsilçisidir (Eritreya, Qvineya, Kot-Divuar və Qambiya). Ötən il 3 mindən çox insan qeyri-qanuni yolla Avropaya keçməyə cəhd edərkən Aralıq dənizində həyatını itirib.