- Köhnə - Dünya
- 9 Yanvar 2018 10:05
- 3 754
Şimali və Cənubi Koreya 2 il sonra danışıqlara başladı
Hər iki ölkə təqribən 2 il fasilədən sonra ilk dəfə eyni masaya oturdu və yüksək səviyyəli danışıqlara başladı.
AzNews.az xəbər verir ki, 5 üzvdən ibarət Şimali Koreya heyətinin rəhbəri danışıqların səmərəli keçəcəyini gözlədiyini deyib.
Cənubi Koyera tərəfindən də eyni istiqamətdə açıqlama gəlib.
Danışıqlar iki ölkə arasında sərhəddə olan və hərbçilərdən təmizlənən bölgədəki Panmuncom kəndində gerçəkləşdirilir.
Qeyd edək ki, iki ölkə arasında atəşkəs razılaşması 1953-cü ildə bu kənddə imzalanmışdı.