İçki məclisi qətllə başa çatdı - Dostunun başını kəsdi (18+)

Rusiya paytaxtında ağır qətl hadisəsi baş verib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, insident Moskvanın şimal-qərbində baş verib.

Yanvarın 8-də Fabrisius küçəsində yerləşən mənzildə iki dost içki məclisi təşkil edib.

Yeyib içəndən sonra dostu 41 yaşlı kişinin başını kəsib. Qətlə yetirilən kişi həmin mənzildə kirayə qalırmış və həmin vaxt ailəsi evdə olmayıb. Meyitin yanından içki şüşələri tapılıb.

Hazırda qətli törədən şəxsin axtarışları aparılır.

image description image description