Reyn çayı daşdı, Almaniyada çətin anlar yaşanır - Fotolar

Almaniyada güclü yağışlar səbəbindən hayat çətinləşib. Köln şəhərində Reyn çayının səviyyəsi 9 metr yüksəlib, ətraf əraziləri su basıb.

AzNews.az xarici mediaya istinadən bildirir ki, Almaniyanın Köln şəhərində həddindən artıq yağış səbəbiylə yüksələn çay suları su basqınlarına yol açıb. Ölkənin qərbində yerləşən Reyn çayının daşmasından dolayı bölgədə ciddi problemlər yaşanır.

Çay ətrafında yaşayanlar narahatlıqlarını dilə gətirərkən, qalxmaqda davam edən Ren çayının səviyyəsinin 8 metr 77 santimetrə çatdığını bildiriblər.

Köln şəhəri 1993 və 1995-ci illərdə Reyn çayının daşması nəticəsində 2 böyük su basqınına məruz qalıb. Basqınlar nəticəsində ətrafdakı iş yerlərinə ciddi maddi zərər dəyib.

image description image description image description image description image description