ABŞ-nın kosmosa göndərdiyi peyk yoxa çıxdı - Milyardlar batdı

Dünən ABŞ-ın kosmosa göndərməyə çalışdığı sirli və bahalı peyki yoxa çıxıb və milyardlarla dollar zərərə səbəb olub.

AzNews.az xəbər verir ki, "The Wall Street Journal"da yer alan xəbərə görə, Floridada "Cape Canaveral" Hava Qüvvələri Bazasından gizli olaraq qaldırılan dövlət peyki ilk mərhələni uğurla tamamlasa da, ikinci mərhələdə yox olmaqla milyardlarla dollar zərərə səbəb olub.

"Zuma" adlı dövlət peykinin "SpaceX Falcon 9" raketiylə kosmosa göndərildiyi bildirilir.