Türkiyədə daha bir vilayətdə komendant saatı tətbiq olundu

Türkiyə Silahlı Qüvvələri Diyarbəkir vilayətində PKK terrorçularına qarşı irimiqyaslı əməliyyata başlayıb.

AzNews.az-ın türk mətbuatına istinadən məlumatına görə, əməliyyat çərçivəsində vilayətin 69 kəndində komendant saatı elan olunub.

Xatırladaq ki, ötən gün Batman və Şırnak vilayətlərində PKK-ya qarşı əməliyyat çərçivəsində komendant saatı elan edilib.

Ölkənin digər vilayətlərində də komendant saatının elan ediləcəyi istisna olunmur.