"ABŞ Türkiyədə dövlət çevrilişi hazırlayır" - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da Halkbank-ın direktor müavini Hakan Atilla üzərində aparılan məhkəmə prosesini ABŞ-ın yeni dövlət çevrilişi adlandırıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bunu o, hakim partiyanın parlament fraksiyasının qarşısında çıxışında deyib.

"15 iyulda Türkiyədə dövlət çevrilişi etmək istəyənlər indi bunu başqa yolla həyata keçirmək istəyir" -Ərdoğan prosesi şərh edib.

Xatırladaq ki, Atilla 2017-ci ilin martında Rıza Zərrabla əlaqəsi olmaqda ittiham edilərək həbs edilib.