- Köhnə - Dünya
- 9 Yanvar 2018 17:39
- 3 132
28 yaşlı oğlanın vannadan yanmış meyiti tapıldı
Rusiyanın paytaxtı Moskvada Sormovskaya küçəsində yerləşən mənzillərdən birində yanmış kişi meyiti tapılıb.
AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, meyit vanna otağından tapılıb.
Meyitin şəxsiyyəti müəyyən edilib. Onun 1989-cu il təvəllüdlü olduğu deyilir.
Qonşuları onun içki düşgünü olduğunu deyir. Qəribəsi odur ki, evin heç bir otağının yanmadığı halda, meyit yanmış vəziyyətdə olub.