- Köhnə - Dünya
- 10 Yanvar 2018 13:44
- 2 871
Rusiyadan Avstriyaya qəzəb - Nota göndərildi

Avstriyanın paytaxtı Vyanada sovet hərbçilərinin xatirəsinə ucaldılmış abidə təhqir olunub.
AzNews.az RT-yə istinadən xəbər verir ki, Rusiyanın Avstriyadakı səfirliyi bununla bağlı hərəkətə keçib.
Təhqir olunan abidə Vyanada Şvartsenberq meydanında yerləşir.
Vandal hücumuna isə abidə yanvarın 10-da məruz qalıb.
Rusiya tərəfi Avstriya Xarici İşlər Nazirliyinə baş verənlərlə bağlı nota göndərib.