Sakinlər arasında sorğu - Hansı ölkə düşmən hesab olunur?

Rusiyada Levada mərkəzi əhali arasında sorğu keçirib.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, rusların 3-də ikisi hesab edirlər ki, Rusiyaya düşmən ölkələr mövcuddur.

Sorğuya əsasən, Rusiyanın ən böyük düşmənləri ABŞ, Ukrayna və Avropadır.

Respondentlərin 23 faizi hesab edir ki, Rusiya hər tərəfdən düşmənlərlə əhatələnib. 21 faiz isə Rusiyanın ümumiyyətlə düşməni olmadığı qənaətindədir.

ABŞ-ı düşmən hesab edənlər 68 faiz təşkil edir. Ən az faiz isə İŞİD-ə məxsusdur. (5 faiz)