Homoseksuallar həbs olundu - Toy etdiklərinə görə

Səudiyyə Ərəbistanı polisi toyda rəqs edən homoseksualları həbs edib.

AzNews.az BBC-yə istinadən xəbər verir ki, özlərinə toy məclisi quran iki homoseksual həbs olunub. Məkkə polisi toyda iştirak edənlərin hamısının həbs olunacağı xəbərini verib.

Onlara qarşı hansı cəza tədbirinin görüləcəyi məlum deyil.

İnsan hüquqları təşkilatının məlumatına görə, Səudiyyə Ərəbistanında cinsi azlıqlarla bağlı qanun yoxdur. Belə ki, onların açıq yerdə görünməyi və küçəyə cıxması mümkün deyil.