- Köhnə - Dünya
- 10 Yanvar 2018 19:49
- 3 518
Filip Kosnet Türkiyə XİN-ə çağırıldı
ABŞ-ın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Filip Kosnet Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, buna səbəb Suriya ordusunun İdlibdə təhlükəsiz bölgə elan edilən ərazilərə hücum etməsidir.
Ötən gün də İran və Rusiyanın Türkiyədəki səfirləri də nazirliyə çağırılaraq, Suriyanın hücumları dayandırması üçün müvafiq danışıqlar aparması tələb edilmişdi.