- Köhnə - Dünya
- 11 Yanvar 2018 10:48
- 4 229
Kaliforniya fəlakətlə üz-üzə - 17 ölü
ABŞ-ın Kaliforniya ştatında şiddətli yağışlardan sonra meydana gələn sel və torpaq sürüşmələri səbəbindən ən azı, 17 nəfər həyatını itirib.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, şiddətli yağışların palçıq selinə səbəb olduğu ştatın cənubunda axtarış-xilasetmə tədbirləri ciddi şəkildə davam edir.
Santa Barbaranın şerifi Bill Brounun açıqlamasına görə, seldə həyatını itirənlərin sayı 17-yə çatıb, 28 nəfər isə xəsarət alıb.
Palçıq seli altında qalan 100-dən artıq evin uçduğu Montekitoda əsasən, tanınmış şəxslər yaşayır.
Bölgədə ümumilikdə 300-dən çox evə ziyan dəyib.