- Köhnə - Dünya
- 11 Yanvar 2018 12:55
- 5 407
“İrandan gələn xəbərlər bizi narahat edir” - Ağ Ev
ABŞ hakimiyyəti İrandaki nümayişlər zamanı minlərlə insanın həbs olunması və işgəncəyə məruz qalması haqda xəbərlərə ciddi narahatlığını ifadə edib.
AzNews.az xarici mediaya istinadla bildirir ki, Ağ Evdən verilən yazılı açıqlamada İrandakı nümayişlərə qatılan insanların durumlarından narahatlıq vurğulanıb. Açıqlamada qeyd edilir:
"Tramp adminstrasiyası İran rejiminin barışdırıcı aksiyalara qatılan minlərlə İran vətəndaşını həbsə atması xəbərlərindən dolayı olduqca narahatdır. Nümayişçilərdən bəzilərinin işgəncə gördüyü və hətta bəzilərinin öldürüldüyü iddiaları çox narahat edicidir".
Açıqlamada "İran diktatorluğu öz vətəndaşlarının təməl haqlarını basqı altına almasına səssiz qalmayacağıq; İran liderlərini bu cür pozuntulara görə günahkar biləcəyik. ABŞ son aksiyaların qurbanları da daxil olmaqla, İrandakı bütün siyasi məhbusların azad edilməsini istəyir" ifadələri də yer alıb.