- Köhnə - Dünya
- 11 Yanvar 2018 16:49
- 5 364
“Rusiya ilə düşmən olmaqdansa...” - Tramp
ABŞ prezidenti Donald Tramp deyib ki, Vaşinqton üçün Moskva ilə düşmən olmaq əvəzinə, müttəfiqlik etmək daha məqsədəuyğundur.
AzNews.az xəbər verir ki, ABŞ lideri Norveçin baş naziri ilə Ağ Evdə mətbuat konfransı keçirib. D.Tramp konfransda belə deyib:
"Mən Rusiya ilə müttəfiqlik etməyin daha yaxşı olduğunu düşünürəm. Amma digər dövlətlərlə müttəfiqlik etməyin bundan da yaxşı olduğunu söyləmək istəyirəm. Mən iri həcmdə neft və təbii qaz, enerji istehsalının tərəfdarıyam. Amma bu, dövlət başçısı Vladimir Putinin xoşuna gəlməz. Mən ABŞ-da silah sənayesinin gücləndirilməsinin tərəfdarıyam. Bu da Putinin xoşuna gəlməz. Mənim baxışlarım Moskovanın baxışları ilə tam ziddir, bu səbəbdən də mənim və Putinin komandaları arasında anlaşma mümkün deyil".