- Köhnə - Dünya
- 12 Yanvar 2018 12:01
- 5 771
“Audi” və “BMW”nin işçiləri tətil elan etdilər
Bu gün Almaniyada "Audi" və "BMW" avtomobil şirkətlərinin işçiləri daha yüksək əmək haqqı və az iş saatı tələbi ilə tətil elan ediblər.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Audi" və "BMW" kimi yüksək səviyyəli avtomobil şirkətlərində çalışan işçilər gələn həftə keçiriləcək toplantıda istədikləri şərtlərin qəbul olunması üçün indidən daha çox əmək haqqı və daha az iş saatı tələbi ilə tətil elan ediblər. Artıq BMW-nin Dingolfing, Landshut və Regensburg fabriklərində işçilər işlərini tərk ediblər.