- Köhnə - Dünya
- 12 Yanvar 2018 14:05
- 4 910
Hökumət binasının qadın tualetinə kişi girdi
Rusiyanın Yekaterinburq şəhərində hökumət binasının qadın tualetinə kişi girib.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yekaterinburqun Mamina-Sibiryaka küçəsində yerləşən hökümət binasının qadın tualetində gözətçilər bir kişi və kamera aşkarlayıblar. Gözətçilər həmin vətəndaşı polisə təslim ediblər.
Daxili İşlər Nazirliyinin məlumatına görə isə, polis bölməsinə aparılan kişi səhvən qadın tualetinə girdiyini söyləyərək yerləri qarışdırdığını bildirib. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb. Kameranını isə həmin şəxsə aid olmadığı bildirilib.