Bu raundu Kim Çen qazandı - Putin

Hazırkı vəziyyətdə Kim Çen İn ilk raundu qalib kimi başa vurdu və artıq məsələni yumşaltmağa yönəlib.

AzNews.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya ilə Amerika Birləşmiş Ştatları arasındakı gərginliyə münasibət bildirərkən deyib.

“Əlbəttə, bu raundu Kim Çen qazandı. O, özünün strateji problemini həll etdi. Əlində nüvə başlığı, 13 min kilometr məsafəni – dünyanın hər yerini vura biləcək raketləri var”, - deyə Putin vurğulayıb. (axar.az)