Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib. Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib.

Kremldən ABŞ-ın Bakı qərarına cavab: Cəfəngiyyatdır...

Azərbaycan həm idman, həm də mədəniyyət sahəsində bir çox beynəlxalq tədbirləri çox uğurla keçirib.

AzNews.az "report"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə ABŞ Dövlət Departamentinin Azərbaycanı terror riski olan ölkələr kateqoriyasına daxil etməsinə münasibət bildirərkən deyib.

"Müxtəlif kütləvi tədbirləri, o cümlədən idman tədbirlərini uğurla keçirən ölkələr, nədənsə, Dövlət Departamentində qıcıq yaradır. Bu hesabatları yazan insanlar, görünür, heç vaxt Bakıda olmayıblar. Özüm şəxsən dəfələrlə Bakıda olmuşam və hər dəfə ora məmnuniyyətlə gedirəm. Bakının tarixi mərkəzi - görməli yerləri, muzeyləri, parkları tamamilə təhlükəsizdir və turistlər arasında böyük marağa malikdir. Deyilənlər, sadəcə, cəfəngiyyatdır", - M.Zaxarova bildirib.