92 min toyuq "quş qripi"nin qurbanı oldu

Yaponiyada yenə "quş qripi" virusu aşkar edilib. Bu virus səbəbindən Sikoku adasında Kaqava prefekturasında 92 min toyuq məhv edilib.

AzNews.az-ın məlumatına görə, xəstə toyuqlar bir neçə quşçuluq fermasında aşkar edilib.

Toyuqların məhv edilməsi prosesində 750 adamın, o cümlədən özünümüdafiə qüvvələrinin iştirak etdiyi bildirilir.Virus aşkar edilən ərazilərdə karantin elan edilib. Ətraf yollarda dezinfeksiya işləri aparılır.

Qeyd edək ki, bu, il başlayandan Yaponiyada ilk "quş qripi" virusunun aşkarlanması faktıdır(trend).