Göyərtəsində neftçilər olan helikopter qəzaya uğradı - Ölənlər var

Hindistanın qərb sahilləri yaxınlığında göyərtəsində 7 neftçinin olduğu helikopter qəzaya uğrayıb.

AzNews.az xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin Twitter səhifəsində insidentin yanvarın 13-də səhər saatlarında baş verdiyi bildirilir. Qəza nəticəsində 4 nəfər həlak olub. Helikopterdə iki pilotdan əlavə, Ərəb dənizində yerləşən buruqların birinə yollanan Hindistanın neft və təbii qaz komissiyasının 5 əməkdaşı da olub.

Helikopter havaya qalxdıqdan bir müddət sonra onunla əlaqə kəsilib. Xilasedicilər hadisədən bir neçə saat sonra Mumbay şəhərindən 50 kilometr məsafədə helikopterin qalıqlarını aşkar ediblər. 3 nəfərin meyiti isə hələ tapılmayıb. Qəzanın səbəbləri araşdırılır.