- Köhnə - Dünya
- 14 Yanvar 2018 14:09
- 3 544
İranda Teleqrama qadağa ləğv edildi
İranda Teleqram mobil tədbiqinin istifadəsinə qoyulmuş qadağa ləğv edildi.
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, müvafiq qərar şənbə günü axşam saatlarında qüvvəyə minib.
Artıq populyar proqramdan ölkə ərazisində bütün istifadəçilər yararlana bilər.
Xatırladaq ki, İran rəsmiləri Teleqram-ı bu yaxınlarda ölkədə baş verən ixtişaşlarla əlaqədar bloklaşdırmışdı.
İranda Teleqram-ın 40 milyona yaxın istifadəçisi olduğu bildirilir.