İranda etiraz aksiyalarında 25 nəfər ölüb

Tehran bu yaxınlarda İranda keçirilmiş etiraz aksiyaları zamanı 25 nəfərin öldüyünü, daha 400 etirazçının isə saxlanıldığını xəbər verib.

AzNews.az RİA Novosti-yə istinadən məlumata görə, bu barədə ölkənin məhkəmə hakimiyyəti bazar günü xəbər yayıb.

Etiraz aksiyaları ötən ilin dekabr ayının 28-dən başlayaraq Tehran, Məşhəd, İsfahan və Rəşt kimi iri şəhərlərdə keçirilib.

Bildirilir ki, vətəndaşlar ərzaq qiymətlərinin qalxması və korrupsiyaya qarşı çıxış ediblər.