- Köhnə - Dünya
- 15 Yanvar 2018 09:32
- 3 964
Kütləvi zəhərlənmə - 70 nəfər xəstəxanaya yerləşdirildi
Buryatiyanın Ulan-Ude şəhərində kafedə kütləvi zəhərlənmə qurbanlarının sayı 112 nəfərə çatıb.
AzNews.az xəbər verir ki, onlardan 70-i xəstəxanaya yerləşdirilib. Bu barədə RİA Novosti Buryatiyanın Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Ulan-Ude şəhərindəki "Şulen Do" kafesindəki müştərilərdə 8-11 yanvar tarixlərində salmonelloz xəstəliyi qeydə alınıb. Kafenin fəaliyyəti dayandırılıb.