Rusiyanın Perm şəhərində naməlum şəxslər məktəbə hücum edib. Rusiyanın Perm şəhərində naməlum şəxslər məktəbə hücum edib.

Maskalı şəxslər məktəbə hücum etdi - Yaralılar var (Yenilənib 2 + Fotolar)

Rusiyanın Perm şəhərində naməlum şəxslər məktəbə hücum edib.

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, hadisə Perm şəhərinin 127 nömrəli məktəbində baş verib. 2 maskalı şəxs məktəbə hücum edib. Hadisə yerinə polis əməkdaşları və təcili yardım briqadası cəlb olunub. Rəsmi məlumata görə 8 məktəbli və 1 müəllimə bıçaqlanıb. Səhiyyə Nazirliyinin məlumatına görə, iki nəfər - müəllimə və on altı yaşlı məktəblinin vəziyyəti ağırdır. Onlar əməliyyat olunublar. Şübhəlilər artıq saxlanılıb. Hadisənin motivləri araşdırılır. Məktəblilər təxliyə edilib.

Ümumilikdə təxminən 750 nəfər evakuasiya edilib. Dərslər təxirə salınıb.

***

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Permdə məktəbə edilən hücum zamanı yaralananların sayı 12 nəfərə çatıb. Onlardan 11-i məktəbli, biri isə müəllimdir. Hadisənin şəxsi səbəblərə görə törədildiyi bildirilir.

***

Rusiyanın Perm şəhərində maskalı şəxslərin məktəbə hücumu zamanı yaralananların sayı 15 nəfərə çatıb.

Məlumata görə, dərs zamanı məktəbə hücum edənlər yeniyetmələrdir. Onlar məktəbə hücum edəndən sonra öz aralarında dava başlayıb və bir-birinə bıçaq çəkiblər. Davanı sakitləşdirmək istəyən müəllim və şagirdlər bıçaqla yaralanıb.

image description image description