Rusiyanın ən qorxunc silahı - Sirkon

Rusiyada istehsal edilən "Sirkon" raket gəmi kompleksi müxtəlif ölkələrin gəmilərinə, o cümlədən ABŞ-ın aviadaşıyıcılarına real təhlükədir.

Trend-in məlumatına görə, bu barədə "Stern" qəzeti yazır.

Məqalədə Rusiyanın müasir S-500 zenit sistemləri və "Kalibr" qanadlı raketləri ilə təchiz olunması planlaşdırılan "Admiral Naximov" və "Böyük Pyotr" xətt kresyerlərinin modernləşdirilməsindən bəhs olunur.