Qətər əmiri Türkiyədə səfərdədir

Qətər əmiri şeyx Təmim bin Həməd Al Taniyə Ankarada səfərdədir.

AzNews.az Türkiyə mediasına istinadən bildirir ki, Qətər əmiri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişafı, bölgədəki vəziyyət müzakirə edilib. Qeyd edilir ki, Qətər əmiri Ankarada 2,5 saat qalacaq.

Xatırladaq ki, şeyx Təmim bin Həməd Al Taniyə 2017-ci ilin sentyabrında Ankarada səfərdə olub. Ərdoğan isə Qətər əmiri ilə sonuncu dəfə 2017-ci ilin dekabrında görüşüb. Həmin vaxt Türkiyə prezidenti Qətərdə səfərdə olub.