- Köhnə - Dünya
- 16 Yanvar 2018 09:40
- 3 352
Fələstin İsraili dövlət kimi tanımaqdan imtina etdi
Bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında qərar verilib.
AzNews.az xəbər verir ki, məlumata əsasən, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək FAT İsraili dövlət kimi tanımayacaq.
Bundan əvvəl Fələstin lideri Mahmud Abbas İsraili 1993-cü il sazişini pozmaqda ittiham edib. 1993-cü ildə İsrailin baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat müvəqqəti özünüidarə tədbirləri üzrə bəyannamə (Oslo sazişi) imzalayıblar. Fələstin özünüidarə orqanları məhz həmin saziş əsasında fəaliyyət göstərir(apa).