Bundan sonra ata-anasız böyümüş Hacımuratov bacı-qardaşları – 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman 104 yaşlı kimsəsiz Mədinə Əliyeva ilə bir evdə yaşayacaq. Bundan sonra ata-anasız böyümüş Hacımuratov bacı-qardaşları – 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman 104 yaşlı kimsəsiz Mədinə Əliyeva ilə bir evdə yaşayacaq.

Kadırov Goranboyda tapılan 104 yaşlı nənəyə ev bağışladı - Foto

Bundan sonra ata-anasız böyümüş Hacımuratov bacı-qardaşları – 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman 104 yaşlı kimsəsiz Mədinə Əliyeva ilə bir evdə yaşayacaq.

AzNews.az xəbər verir ki, bu barədə “Qroznı-inform” agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, Çeçenistan lideri Ramzan Kadırov 104 yaşlı Mədinə Əliyevaya ev bağışlayıb.

Respublikanın parlament sədri Məhəmməd Daudov və Çeçenistan müftisi Salah Mejiyev evin açarlarını yeni sahiblərinə təqdim ediblər.

Mənbə bildirir ki, Mədinə Əliyeva İordaniyada doğulub və yaşayıb. Ahıl yaşında vətəni Çeçenistana qayıtmaq fikrinə düşüb, lakin yolda qarət olunub.

Bu qadının başına gələnlər ölkə mətbuatında işıqlandırılıb. Bundan sonra həmin xəbərin əks-sədası Rusiyadan gəlib.

Qeyd edək ki, bu günlərdə Mədinə Əliyeva Bakını tərk edərək, Ramzan Kadırovun təşəbbüsü ilə Çeçenistana yollanmışdı(oxu.az).

image description image description image description