Kilisin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı artıb - Yenilənib

Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

AzNews.az NTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər yaralanıb. Onların həyatlarına təhlükə olmadığı bildirilir.

İnsident yerli vaxtla saat 18:10 radələrində qeydə alınıb. Şəhərə 2 raket raket atılıb, onlardan biri şəhərin mərkəzindəki məscidə düşüb.

***

Türkiyənin Kilis şəhəri Suriyanın Afrin bölgəsindən raket atəşinə tutulub.

AzNews.az NTV-yə istinadən xəbər verir ki, mərmi məscidə düşüb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2-si ağır olmaqla 8 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.